Tələbələri pambıq yığımına cəlb etmək düzgündürmü?
Bakı/11.10.18/Turan: Azərbaycan Dövlət Aqrar Universitenin 100-dən artıq tələbəsi bu il pambıq yığımına cəlb edilib.
Universitetin Facebook səhifəsində qeyd edilir ki, "beləliklə, tələbələr həm nəzəri biliklərini artırırlar, həm də 1 kiloqram pambığa 20 qəpik pul qazanırlar".
"Hər həftənin 6-cı günü pambıq yığımına qoşulan tələbələr bu işin onlar üçün hərərəfli səmərəli olduğunu deyirlər", - ali məktəbin məlumatında bildirilir.
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmli tələbələrin kənd təsərrüfatı işlərinə cəlb edilməsi sövet dönəmi praktikasına qayıdışdır. Onun fikrincə, tələbələrin pambıq yığımına cəlb edilməsinin onların nəzəri biliklərinin artırılması ilə əsaslandırılması düzgün deyil. Çünki indi pambıq tarlalarında nəzəri və praktiki bilgiləri artırmaq imkanları yoxdur. Nəzəri bilikləri artırmaq əkin sahəsinin çiyid səpininə hazırlanması mərhələsindən başlayaraq pambığın yetişmə etapına kimi dövrdə mümkündür. Buna da yaz, yay mövsümündə tələbələri tarla təcrübəsinə cəlb etməklə nail olmaq olar. İndi isə pambıq tarlalarında ancaq bir iş qalıb, o da ağır fiziki əməklə məşğul olmaq, pambıq yığmaq. Tələbələri məcburi əməyə cəlb etməklə gənclərin əməyini istismar edirlər.
V.Məhərrəmli hesab edir ki, universitetin müəllim heyəti ölkə rəhbərliyi qarşısında məsələ qaldırmalıdır ki, onlar ölkə üçün pambıqyığan deyil, aqronom hazırlayırlar. Sovet dövründə də demək olar ki, bütün ali məktəblərin tələbələrini üzüm və pambıq yığımına cəlb edirdilər
"Təəssüf ki, bu tendensiya indi də davam edir. Digər tərəfdən, əmək müqaviləsi bağlamadan tələbələri ağır fiziki əməyə cəlb etmək qanuna ziddir", - ekspert vurğulayıb.-06D--
-
- İqtisadiyyat
- 11 Oktyabr 2018 12:48
-
- Cəmiyyət
- 11 Oktyabr 2018 13:28
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz