Açiq mənbələrdən foto.
"Tərtər işi" üzrə 11 fiqurantının işi prokurorluğa qaytarılıb
Bakı/05.11.22/Turan: "Tərtər işi" üzrə 11 müttəhimin işi prokurorluğa qaytarılıb. Bu qərarı noyabrın 5-də Gəncə Hərbi Məhkəməsi qəbul edib. Bu barədə Turan-a vəkil Zabil Qəhrəmanov məlumat verib.
Yaxın günlərdə bu işin 8 fiqurantı haqqında da belə qərar qəbul ediləcəyi gözlənilir.
Sentyabrın 5-də baş prokuror Kamran Əliyev Ali Məhkəmənin Plenumuna "Tərtər işi" üzrə mühakimə edilmiş 19 şəxs (Ermənistanın xeyrinə casusluq ittihamı ilə mühakimə olunan) barəsində hökmə yenidən baxılması haqqında vəsatətlə müraciət edib.
Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu "Tərtər işi" üzrə 19 müttəhimin işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.
Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsi işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edib.
* 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda bir qrup hərbiçi istintaqa cəlb olunub.
Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatında hərbiçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edirdilər. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib.
Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbiçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində dünyasını dəyişib.
Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib.
Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Son vaxtlar işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan zabitlər həbs edilib. 0
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz