Əvəz Zeynallı
Məhkəmə Əvəz Zeynallının prokurorluğa qarşı iddiasını təmin etməyib
Bakı/05.11.22/Turan: Noyabrın 4-də Binəqədi rayon məhkəməsində jurnalist Əvəz Zeynallının istintaq müddətində ona görüş və telefon danışıqlarını qadağan edən Baş Prokurorluğun İstintaq İdarəsinə qarşı şikayətinə baxılıb.
Vəkil Fəxrəddin Mehdiyevin Turan-a verdiyi məlumata görə, istintaq orqanının nümayəndəsi "bunu istintaq sirrinin yayılması ehtimalı" ilə əsaslandırıb.
Müdafiə tərəfi Əvəz Zeynallı ilə bağlı heç bir istintaq hərəkəti aparılmadığı üçün bu arqumentlərin əsassız olduğunu qeyd edib. İkincisi, ailə üzvləri ilə telefon söhbəti və görüş hüququna qanunla zəmanət verilib.
Vəkil həmçinin şəkərli diabetdən əziyyət çəkən və gözündən əməliyyata ehtiyacı olan Zeynallının səhhətindəki problemlərə diqqət çəkib.
Bununla belə, məhkəmə Əvəz Zeynallının iddiasını təmin etməyib.
* Xatırladaq ki, vəkil Elçin Sadıqov və "Xural TV" qəzetinin təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət alma ittihamı ilə saxlanılıblar. Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.
Sonradan Zeynallıya qarşı CM-in 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək (nüfuz alveri)) maddəsi ilə yeni ittiham irəli sürülüb. 06B
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz