Vәkil Әfqan Muxtarlı ilә görüşә bilmәdi
Bakı/08.05.19/Turan: Vәkil Elçin Sadıqova hәbsdә olan jurnalist Әfqan Muxtarlı ilә görüşmәyә imkan vermәdilәr.
Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn vәkil bildirdi ki, mayın 8-i saat 16:40-da 16 saylı cәzaçәkmә müәssisәsinə Muxtarlı ilә görüş üçün gәlib sənədlәrini təqdim etdi. "Əməkdaş bildirdi ki, rəisin işi var birazdan buraxılışın üstünü yazacaq. Bir müddәt keçәndәn sonra bildirdilər ki, saat 16:30-dan sonra görüşә heç kəs buraxılmır".
Sadıqov qeyd etdi ki, әvvәl saat 17:00 qәdәr CÇM-yә görüş üçün sәrbәst girmәk olurdu.
"Əvvəllər 5-10 dəqiqə ərzində görüş verirdilər indi 1 saat gözlədib görüş mümkün deyil deyirlər", - vәkil vurğuladı.
İş vaxtın bitmәsinә görә Penitensiar Xidmәtdәn münasibәt öyrәnmәk olmadı.
-
- Cəmiyyət
- 8 May 2019 18:12
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz