Vəkil: “10 yaşlı qızın qətlində ittiham olunan şəxs işgəncələrə məruz qaldığını bildirib”
Bakı/24.01.20/Tura: Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanı qaçırmaqda və öldürməkdə təqsirləndirilən İlkin Süleymanov Apellyasiya Məhkəməsində bildirib ki, etirafedici ifadəni işgəncələr altında verib. Bu barədə “Azadlıq” radiosuna onun vəkili Əlibaba Rzayev bildirib.
İ.Süleymanova qarşı CM-in 120.2.9 ((təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
Tovuz Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Müdafiə tərəfi apellyasiya verib. Apellyasiyaya Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılıb.
Vəkilin sözlərinə görə, İ.Süleymanov Apellyasiya Məhkəməsində bildirib ki, N.Quliyevanın qaçırılması və öldürülməsi barədə ifadəni işgəncə altında verib.
“O deyib ki, belə bir şey olmayıb, bütün bunlar uydurma ssenaridir”, - vəkil qeyd edib.
Onun sözlərinə görə, İ.Süleymanovun bədənində zorakılıq izləri var. Müdafiə tərəfi məhkəmənin işgəncələr və digər prosessual pozuntularla bağlı ayrıca qərar qəbul etməsi və bunun araşdırılması üçün prokurora təqdim etməsi üçün vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti və şikayəti təmin etməyib.
Öz növbəsində Baş Prokurorluq vəkilin işgəncə barədə dediklərini rədd edib. Baş Prokurorluğun bildirdiyinə görə, İ.Süleymanov 1 saylı Bakı İstintaq Təcridxanasına qəbul olunduqda müayinə edilib və onun bədənində zorakılıq əlamətləri olmayıb.
Lakin İ.Süleymanovun bacısı və atası bildiriblər ki, İlkinə işgəncə verə bilərdilər və onun ifadəsi başqa xətlə yazılıb.
Görünür, prokurorluq özünə sərf etməyən başqa bir vəkili kənarlaşdırmaq niyyətindədir və onun hərəkətlərindən Vəkillər Kollegiyasına şikayət edəcək.
Xatırladaq ki, N.Quliyeva 21 noyabr 2019-cu ildə Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da həmin kənddə onun yanmış cəsədi aşkar edilib. Yanvarın 10-da 47 yaşlı İ.Süleymanov saxlanılıb.
İrəli sürülən ittihamlara görə, onu CM-i 145.2.3 (3 ildən 5 ilədək həbs cəzası) və 120.2.9 (14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası) maddələri ilə həbs cəzası gözləyir. -06D-
-
- İqtisadiyyat
- 24 Yanvar 2020 13:40
-
- Maliyyə
- 24 Yanvar 2020 13:58
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz