Vəkil hökumətin AİHM-də qazanılmış işlər üzrə kompensasiya ödəməmısindən gileylənir
Bakı/01.08.19/Turan: Vəkil Əsabəli Mustafayevə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarları üzrə vəkil xərcləri hakimiyyət tərəfindən ödənilmir.
Vəkilin sözlərinə görə, bu hal artıq bir neçə ildir baş verir. "Hətta ərizəçilərin özlərinə kompensasiya ödənilsə də, qərarda nəzərdə tutulmuş vəkil xərci mənə ödənilmir".
Mustafayevin vurğuladığına görə, problemlə bağlı Prezident Administrasiyasına dəfələrlə müraciət etsə də, ona "tapşırıq yoxdu" cavabı verilir.
Vəkil qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova sorğu göndərsə də, hələ ki, sorğuya cavab yoxdur. "Gələn həftə cavab gəlməsə, məhkəməyə üz tutacağam. Bəlkə orada məsələyə aydınlıq gətirmək mümkün oldu".
Mustafayev əlavə edib ki, ərizəçilərə AİHM qərarları üzrə təyin edilmiş kompensasiyaların ödənilməməsi ilə bağlı da sorğular göndəriləcək və məhkəmələrə müraciət ediləcək.
Məsələ ilə bağlı Prezident Administrasiyasından münasibət öyrənmək mümkün olmayıb. -06D-
-
- İqtisadiyyat
- 1 Avqust 2019 16:46
-
- Cəmiyyət
- 1 Avqust 2019 17:13
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz