Vəkil Şəhla Hümbətovanın səlahiyyətlərindən məhrum edilməsi haqqında şərhi
Bakı/29.11.19/Turan: Vəkil Şəhla Hümbətova Azərbaycan Vəkillər Kollegiyasının onun səlahiyyətlərindən məhrum edilməsi haqqında qərarını ədalətsiz hesab edir.
O, Facebook səhifəsində bildirir ki, ona qarşı qərar iki əsasla qəbul edilib. Birincisi 6 aydan çoxdur Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmədiyinə görə. Amma o, hələ fevral ayında 7 aylıq ilkin ödəniş olaraq 409 manat ödəyib. Amma indi məlum olur ki, bu vəsait əvvəlki dövr üçün hesablanıb.
O qeyd edir ki, bir müddət əvvəl yenə əvvəlcədən 6 aylıq haqq ödəyib. Bu zaman isə bloger Mehman Hüseynovun işi ilə əlaqədar ona qarşı intizam icraatı başlayıb. "Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim? Bütün bu müddət ərzində mənə qarşı heç bir irad irəli sürülməyib, ödəniş etməli olduğum deyilməyib", deyə Hümbətova qeyd edib.
"Sənədin saxtalaşdırılması" haqqında ikinci irada gəlincə, 2018-ci ildə bir qadın miras məsələsi ilə bağlı ona müraciət edib. "Biz razılaşdıq ki, üç min manata işi əvvəldən sonadək aparacağam, istədi və israr etdi ki, vəkilə ödədiyi pulun qarşı tərəfdən alınması iddia tələblərindən biri olsun. Bunun üçün bütün məbləği mənə ödəməsini istədim ki, məhkəməyə qəbz təqdim edə bilim.
O, görüşəndə 1000 manat gətirdi, qalan məbləği sonra verməyə söz verdi. İş məhkəməyə getdi, amma o, pulu gətirmədi. İddia təmin edilmədi. İşin üstündən bir ildən çox keçib.
İzahatımda yazdım ki, qadının "mənə atdığını" yazdım. Belə ki, mən ona ziyan vurmadım, əksinə, qadına inanmaqla sadəlövhlük etmişəm.
Həmin vaxtdan bir il yarım vaxt keçib və qanunla intizam tədbiri yalnız bir il müddətində görülə bilər", deyə yazan Hümbətova əlavə edir ki, anlaşılmazlığın aradan qaldırılacağına ümid edir.
Vəkil qeyd edir ki, vəziyyətə aydınlıq gətirmək üçün Kollegiya sədri Anar Bağırovla görüşməyə müvəffəq olmayıb.
Hümbətova hesab edir ki, onun barəsində səlahiyyətlərinə xitam verilməsi ilə bağlı olmayan başqa intizam tədbiri qəbul edilə bilər.
* Hümbətova hüquq müdafiə işləri ilə məşğul olması ilə məşhurdur. O, bir sıra siyasi məhbusların, o cümlədən məşhur hüquq müdafiəçisi İntiqam Əliyevin hüquqlarını müdafiə edib.
O, həmçinin inzibati işlər üzrə həbs edilmiş fəalların müdafiəsi üzrlə proseslərə çıxıb.
İndiyədək müxalifətçilərin işlərini müdafiə edən və vətəndaş hüquqlarının pozulması məsələləri ilə bağlı proseslərdə çıxış edən 10-dan çox vəkil uydurma səbəblərlə səlahiyyətlərindən məhrum edilib. -06D-
-
- Maliyyə
- 29 Noyabr 2019 15:57
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz