koronavirusinfo.az
Virusa 373 yoluxma var, 2 nəfər vəfat edib
Bakı/29.07.22/Turan: Azərbaycanda koronavirusa 373 yeni yoluxma qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9 746 nəfər vəfat edib, aktiv xəstə sayı 2 209 nəfərdir.
Ölkədə son sutka ərzində 2 847, hazırkı dövrədək isə 7 039 346 test aparılıb-05D-.
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz