Xəyal Vasilyevin qohumları prezidentdən gənci xilas etməyi xahiş edirlər

Xəyal Vasilyevin qohumları prezidentdən gənci xilas etməyi xahiş edirlər

Rusiya vətəndaşının, Dövlət Miqrasiya Xidmətinin müvəqqəti təcridxanasında saxlanılan 20 yaşlı Xəyal Elşad oğlu Vasilyevin qohumu Turan-ın redaksiyasına müraciət edib. Onun xalası Səlimə Süleymanlı ondan çox qohumun adından mətbuat vasitəsilə prezident İ.Əliyevə və vitse-prezident M.Əliyevaya müraciət edib. Onlar xahiş edirlər ki, Xəyalı Rusiyaya göndərməsinlər, çünki orada onu Ukrayna ilə müharibəyə göndərilmə təhlükəsi gözləyir. X.Vasilyev Rusiyada uşaq evində böyüyüb, buna görə əqli inkişafdan geri qalır, pis oxuyur və yazır. "Müharibədən sağ çıxa bilməz, Rusiyada səhhətindən asılı olmayaraq, hamını cəbhəyə aparırlar. Xəyalı ilk döyüşdə öldürərlər", - X. Vasilyevin qohumları fəryad edirlər.

Xəyal Moskvada uşaq evinə şaxtalı qış günündə düşüb. Onu hüquq müdafiəçisi Greqori Vinter oraya götürüb. Oğlanın taleyilə ilk maraqlanan o olub. "Xəyalın atası Elşad Şammədov, əslən Sumqayıtdan olan azərbaycanlıdır. 2008-ci ildən Rusiyada azadlıqdan məhrumetmə yerlərindədir. Anası çoxdan ölüb. Atalıq 2008-ci ilin sonunda Çerepovets Rayon Məhkəməsi tərəfindən genetik müayinə yolu ilə müəyyən edilib. 2013-cü ildə Xəyal Vasilyev qohumları tərəfindən Rusiya uşaq evindən Azərbaycana aparılıb, Rusiya daxili pasportu yoxdur, Rusiyada qeydiyyatı və mənzili yoxdur. Vasilyevin bütün qohumları Azərbaycanda yaşayır", - Vinter mətbuat üçün müraciətində yazıb.

Xəyal 10 il Sumqayıtda, bu yaxınlarda vəfat etmiş nənə və babasının evində yaşayıb. Ona məhkum edlmiş qardaşının bacıları və digər qohumları kömək ediblər. Noyabrın 16-da Sumqayıt polisi başqa ölkənin vətəndaşının uzun müddət,  qeydiyyatsız  Azərbaycanda yaşamasını tanıyıb. Oğlanı saxladıqdan sonra əvvəlcə Kürdəxanı İstintaq Təcridxanasına aparıblar, oradan da Dövlət Miqrasiya Xidmətinin qapalı təcridxanasına göndəriblər.

Dünən Vasiliyevin xalaları ona baş çəkiblər, şüşə arakəsmə vasitəsilə əlaqə qurublar, ona ərzaq veriblər. Xəyal Rusiyaya göndərilməkdən qorxur, Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir. O, çağırışçı yaşındadır, Moskvada təyyarədən enən kimi saxlayacaqlar və Rusiya üçün savaşmağa göndərəcəklər. Xəyal savadsızdır, inkişafdan geri qalır, ilk döyüşdə onu öldürərlər. Oğlumuzu xilas edin", - azərbaycanlı Xəyal Vasilyevin qohumları xahiş edirlər.

Miqrasiya Xidmətinin təcridxanasında qadınlara başa salıblar ki, Rusiya vətəndaşı olan X. Vasilyev uzun müddət Azərbaycanda qanunsuz yaşayıb və Rusiya Federasiyasına göndərilməlidir. Məmur soruşub ki, qohumları Xəyal üçün təyyarə biletinin pulun  ödəyə biləcəkmi, onlar mənfi cavab veriblər. Xalaları xahiş ediblər ki, Xəyalın məsələsini əcnəbinin ölkədə qanunsuz yaşamasına görə cərimə ödəməklə həll etsinlər və oğlanı buraxsınlar.

Lakin onlara imtina cavabı verilib, Xəyalın deportasiyası üçün aviabiletin pulunu ödəyə bilib-bilməyəcəklərini soruşublar. Qohumları buna görə pullarının olmadığını deyiblər.

S.Süleymanlının sözlərinə görə, Dövlət Xidmətində Xəyalın işi üzrə məhkəmənin təyin olunmasını gözləyirlər, məhkəmənin vaxtı məlum deyil. "Onu Azərbaycanda saxlamaq mümkün deyil", - Miqrasiya Xidmətinin məmuru bildirib. Azərbaycanda məcburi deportasiya məhkəmənin qərarı ilə həyata keçirilir.

Dövlət Miqrasiya Xidmətinin İctimai Şurasının üzvü, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Vasilyevin işindəki çətinliklər barədə Turan-a bildirib.

"Xəyal Rusiya vətəndaşıdır. Azərbaycanın bu ölkənin tələbilə onu Rusiya Federasiyasına verməməyə haqqı yoxdur, üstəlik əgər orada onu hərbi xidmətdən yayınmaqda ittiham edirlərsə və ya başqa səbəblərə görə geri qaytarılmasını tələb edirlərsə. Biz Vasilyevin ailə vəziyyətinin çətin olduğunu, onun etnik mənşəyinin azərbaycanlı olduğunu başa düşürük, lakin Azərbaycanla Rusiya arasında öz ölkəsinin tələbilə vətəndaşların  qarşılıqlı verilməsi haqqında saziş var".

Dünən Miqrasiya Xidmətinin mətbuat xidməti Turan-ın sorğusunu qəbul edib, cavab yoxdur.

Xəyalın qohumlarının ümidi Azərbaycan prezidentinə və vitse-prezidentə qalır. Yalnız onlar oğlanı Ukraynadakı qardaş müharibəsindən xilas edə bilər, belə ki, Miqrasiya Xidməti qurumun təlimatlarından kənara çıxmaq niyyətində deyil. Ölümcül təhlükəli işə düşən gənc azərbaycanlının taleyi onlar üçün maraqlı deyil.

Rəy yaz

Cəmiyyət

Сможет ли Москва сорвать уход Еревана под крыло Запада? - беседа с экспертом по Центральной Азии Аркадиtv Дубновым в программе "Çətin sual"




Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti