
Yaz Azərbaycana martın 20-də səhər saat 7-də gələcək
Yaz fəsli Azərbaycana martın 20-də saat 07:06-da daxil olacaq. Bu barədə Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumatda deyilir ki, şimal yarımkürəsində yaz fəsli iyunun 21-nə qədər davam edəcək. İyunun 21-i saat 00.50-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu günəş istiqamətilə ən kiçik bucaq əmələ gətirir və ya günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur.
Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Rəy yaz