Zərərçəkmiş Polad Aslanova qarşı şikayətindən imtina edib
Bakı/11.02.20/Turan: Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə proses davam etdirilib.
İclas qapalı rejimdə keçirilib, bu barədə Aslanovun həyat yoldaşı bildirib. Onun sözlərinə görə, iş üzrə yeganə zərərçəkmiş Dəyanət Babayev məhkəməyə gələrək müttəhimə qarşı iddialarından imtina edib.
Qeyd edək ki, ibtidai istintaq zamanı Babayevin ifadələri əsasında Aslanova qarşı CM-in 134-cü (öldürməklə və ya sağlamlığa ağır ziyan vurmaqla hədələmə) maddəsi ilə daha bir ittiham irəli sürülüb.
Növbəti iclas 17 fevral saat 14.30-a təyin edilib.
Xatırladaq ki, Polad Aslanov iyunun 12-də saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətinə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Oktyabrın 5-də həbs müddəti 4 ay uzadılıb.
Dekabrda ona qarşı CM-in 134-cü maddəsi ilə daha bir ittiham irəli sürülüb.
Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra media nümayəndələri və fəallar ərinə qarşı "yalan ifadələr" veriblər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanovun cinayət təqibinə məruz qoyulmasını pisləyib. -06B-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz