Polis deputatlığa namizədləri saxlayıb
Bakı/11.02.20/Turan: Fevralın 11-də 33 saylı Xətai Birinci Seçki Dairəsindən bir qrup deputatlığa namizəd dairə seçki komissiyası qarşısında toplaşaraq, seçkilərin saxtalaşdırılmasına etiraz edib.
Deputatlığa namizədlər Zəlimxan Məmmədli, Ruslan İzzətli, Azad Məmmədli və Nüşabə Sadıqlı öz müraciətlərini jurnalistlərə oxuyublar. Amma polis əməkdaşları onlara mane olaraq, namizədləri "ictimai asayişi pozmamağa" çağırıb və dağılmağı tələb edib.
Buna cavab olaraq İzzətli namizədlərin toxunulmazlıqları olduğunu bildirərək, bəyanatı oxumağa davam edib.
Polis onu və Əhəd Məmmədlini saxlayıb, digər namizədləri isə binadan uzaqlaşdırıb. -16D-
-
- Cəmiyyət
- 11 Fevral 2020 12:43
-
- İqtisadiyyat
- 11 Fevral 2020 13:19
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz