Ermənistan Avropa İttifaqına namizəd statusu alır. Rəsmi Bakı qətnamə ilə bağlı nə düşünür? – Rauf Mirqədirov Çətin sualda
Martın 13-də Avropa Parlamentində “Avropa İttifaqı (Aİ) və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul olunub. Qətnamədə Ermənistanın Aİ ilə münasibətlərini gücləndirmək istəyi alqışlanır. Həmçinin Avropa İttifaqının icra orqanlarını, Avropa Komissiyasını və Avropa Şurasını bu arzuya müsbət cavab verməyə çağırırlar. Qətnamənin lehinə 504, əleyinə 4 nəfər səs verib, 32 deputat bitərəf qalıb.Bildirilir ki, Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamağın vaxtı çatıb.Bundan əlavə, Avropa Parlamentinin üzvləri Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağa çağırırlar.
Azərbaycan Xarici İşlər Nazirliyi qətnaməni əsassız və qərəzli olmaqla yanaşı, ikili standartların bariz nümunəsi adlandırıb. Nazirliyin martın 14-də yaydığı açıqlamada qeyd olunub ki, Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən qəbul olunan qətnamə, “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, Azərbaycana qarşı bütün faktların saxtalaşdırıldığı qarayaxma kampaniyasının tərkib hissəsidir.
“Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir”.
Baş verənlərlə bağlı siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz
-
- Siyasət
- 15 Mart 2024 17:46
-
- İqtisadiyyat
- 15 Mart 2024 20:23
Çətin sual
-
İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qalması ilə bağlı müstəqil siyasətçi Asif Yusifli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
-
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı.
-
Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov Azərbaycanın xarici siyasəti barədə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
1 rəy
Samir
2024-03-16
А почему мы обязательно должны быть в ЕС или ещё где то? Я думаю Азербайджан может остаться нейтральным и идти своей дорогой. А что касается ЕС там тоже сейчас не очень