Bəxtiyar Hacıyevin işi üzrə məhkəmədən
Bəxtiyar Hacıyevin işi üzrə məhkəmədən
Martın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.
O, öz ifadəsində ittihamın heç bir bəndi üzrə özünü təqsirli bilmədiyini bildirib. Qaçaqmalçılıq ittihamı üzərində dayanan Hacıyev 44 günlük müharibə zamanı Western Union sistemi ilə Türkiyə və Almaniyadan pul köçürmələri aldığını və bunun Azərbaycan əsgərləri üçün ianə olduğunu deyib. Pul vəsaitindən xaricdən hərbiçilərə isti geyim alınması üçün istifadə olunub.
Yüklərin gömrüyə bəyan etmədən operativ qaydada buraxılmalı olduğu hallar olub. Bunun üçün o, prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət edib, bundan sonra yüklər tez buraxılıb. Lakin istintaqın Hacıyevin qaçaqmalçılıq yolu ilə qrant pullarını ölkəyə gətirdiyi haqqında iddiaları həqiqətə uyğun deyil. Buna görə o, məhkəmədən onu azad etməyi xahiş edib, lakin rədd cavabı alıb.
Hacıyev həmçinin məhkəmə iclaslarının daha tez-tez keçirilməsi haqqında vəsatət qaldırıb, belə ki, o, 16 aydır həbsdədir və bu, öz-özlüyündə işgəncədir. Buna cavabda hakim Novruzdan sonra iclasların həftədə iki dəfə keçiriləcəyini bildirib.
Növbəti iclas aprelin 5-nə təyin edilib.
* Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində CM-in 221 və 289-cu maddələri ilə (xuliqanlıq) ittiham edilərək saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta ödənişindən, icbari tibbi və sosial sığorta ödənişlərindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.
İrəli sürülən bütün ittihamlar saxtalaşdırılıb. Bəxtiyar Hacıyev həbsə və ittihamlara hakimiyyəti tənqid etməsinin səbəb olduğu qənaətindədir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
-
- Siyasət
- 15 Mart 2024 17:40
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz