Krım tatarlarının daha bir lideri barədə həbs qərarı
Krım tatarlarının liderlərindən İskəndər Kantemirov barəsində Simferopol şəhər məhkəməsi bu günlərdə iki aylıq həbs qət-imikan tədbiri seçib. Bu xəbər Türkiyə saytlarında yer alıb.
Saytların yazdığına görə, İ.Kantemirov 2014-cü il fevralın 26-da Krım tatarlarının aksiyasının təşkilatçısı olmaqda ittiham olunur. Krımın ruspərəst hakimiyyəti mitinqi iğtişaş kimi qələmə verərək bundan Krım-tatar liderlərinin həbsi üçün istifadə edir. İ.Kantemirova vətəndaşlara bədən xəsarəti yetirmək ittihamı irəli sürülüb.
Saytlarda bu da qeyd olunur ki, bu həbsə qədər, yəni 2015-cü il yanvarın 29-da Krmm Məclisinin sədr müavini Əhməd Çiygöz həbsə alınıb.
Ukraynanın tərkib hissəsi olan Krım yarımadası 2014-cü ildə Rusiya tərəfindən işğal edilib. Yarımada Rusiyanın tərkib hissəsi elan edilib, Ukyananın formalaşdırdığı qanuni hakimiyyət orqanları ləğv edilib, işğalçı dövlət tərəfindən oyuncaq idarəetmə qurumları formalaşdırılıb. -05D-
-
- İqtisadiyyat
- 9 Fevral 2015 13:19
Dünyada
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
-
Ukraynada müharibənin 2022-ci ildə başlanmasından bəri Gürcüstanın Avropaya neft ixracı 15 dəfə artıb, lakin Rusiya dəniz və dəmir yolu vasitəsilə ölkənin ən böyük neft tədarükçüsü olaraq qalır. Bununla belə, Gürcüstana idxal edilən Rusiya nefti ölkənin rəsmi statistikasında qeydə alınmır. Bu barədə yanvarın 22-də Gürcüstanın iFact media qurumu tərəfindən dərc edilən araşdırma hesabatında bildirilir.
-
İsveçdə Quran nüsxələrini yandıraraq mübahisələrə səbəb olan iraqlı xristian qaçqını Salvan Momikanın ölümündən cəmi bir neçə gün sonra Danimarkanın ultra-sağçı siyasətçisi Rasmus Paludan yenidən İslamın müqəddəs kitabını təhqir edib.
Rəy yaz