Münhen Konfransında dünya intizamının pozulması müzakirə olunacaq
Cümə günü Almaniyada 51-ci İllik Münhen Təhlükəsizlik Konfransı açılır. Konfransın saytında yer alan məlumata görə, tədbirdə müzakirə olunacaq əsas mövzular Ukraynadakı böhranla əlaqədar beynəlxalq intizamın pozulması və bunun Avropa təhlükəsizlik memarlığı üçün nəticələri, habelə Yaxın Şərqdəki vəziyyət olacaq. Qloban qaçqın böhranı və terrorizmə qarşı mübarizə də gündəliyin əsas məsələləri arasında olacaq.
Fevralın 6-8-də keçiriləcək konfransda 20-yə yaxın dövlət və hökumət başçısı, 60-a yaxın xarici işlər və müdafiə naziri, 30 böyük beynəlxalq təşkilat və şirkətin rəhbəri iştirak edir.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də bu forumda iştirak etmək üçün Bavariyaya gedib.
Konfrans ərəfəsində AFR, Fransa, Rusiya və Ukrayna rəhbərləri səviyyəsində Ukrayna böhranının tənzimlənməsi yollarının işlənib hazırlanması üzrə məsləhətləşmələr keçirilir, onların ilk nəticələrini Münhendə eşitmək olar.
Der Tagesspiegel nəşrinin jurnalistləri ilə söhbətində Münhen Təhlükəsizlik Konfransının rəhbəri, alman deputat Volfqanq İşinger bir çox müasir münaqişələrin səbəblərinin dünyada təhlükəsizlik və intizama görə cavabdeh olan müasir beynəlxalq orqanların səmərəli işləmək iqtidarında olmamasındadır.
Diplomatın fikrincə, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır, belə ki, hazırki vəziyyətdə TŞ üzvləri konstruktiv işləmək iqtidarında deyil.
“Hazırda dünya intizamı dağılır. Məsələn, 2014-cü ildə dünyada iki yeni böyük münaqişə yarandı: İraqda və Ukraynada. İndi qlobal idarəetmə məsələsi heç vaxt olmadığı qədər aktualdır: BMT TŞ hər həftə bu münaqişələrin həlli ilə məşğul olmalı idi. Amma o, bağlandı”, deyə RİA Novosti İşingerdən sitat gətirir.
Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən etibarən hər il fevralın ilk ongünlüyündə keçirilir və Almaniya hökuməti tərəfindən maliyyələşdirilir. -0-
-
- Cəmiyyət
- 6 Fevral 2015 14:15
-
- İqtisadiyyat
- 6 Fevral 2015 14:33
Dünyada
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
-
Ukraynada müharibənin 2022-ci ildə başlanmasından bəri Gürcüstanın Avropaya neft ixracı 15 dəfə artıb, lakin Rusiya dəniz və dəmir yolu vasitəsilə ölkənin ən böyük neft tədarükçüsü olaraq qalır. Bununla belə, Gürcüstana idxal edilən Rusiya nefti ölkənin rəsmi statistikasında qeydə alınmır. Bu barədə yanvarın 22-də Gürcüstanın iFact media qurumu tərəfindən dərc edilən araşdırma hesabatında bildirilir.
-
İsveçdə Quran nüsxələrini yandıraraq mübahisələrə səbəb olan iraqlı xristian qaçqını Salvan Momikanın ölümündən cəmi bir neçə gün sonra Danimarkanın ultra-sağçı siyasətçisi Rasmus Paludan yenidən İslamın müqəddəs kitabını təhqir edib.
Rəy yaz