Türkiyədə repressiyalar dalğası davam edir
Türkiyə hakimiyyətinin ölkədə baş tutmayan hərbi çevrilişdən sonra ölkəni “paralel yapı”dan (Fətullah Gülənin “Hizmət” Hərəkatına bağlı şəxslərdən) təmizləməsi davam edir.
“Haberler.com” saytı yazır ki, Türkiyə Təhsil Nazirliyi 15200 nəfər əməkdaşı işdən azad edib. Bu şəxslərin işdən azad olunmalarına səbəb kimi onların Hərəkata bağlı olmaları göstərilir. Nazirliyin açıqlamasında həm də deyilir ki, bu şəxslər barədə aradşırmalar başlayıb.
Məsələ təkcə bununla bitmir. Türkiyənin Milli İstibarat Təşkilatının (Təhlükəsizlik Xidməti) 100-dən çox əməkdaşı da işdən çıxarılıb.
Əməkdaşların işdən azad olunmaları və barələrində təhqiqatların başlaması dini quruma da çatlb. Belə ki, Türkiyə Diyanət Başqanlığının 453 pesonalı (din xadimləri) vəzifəsindən azad edilib.
Bununla yanaşı Türkiyədə 20 KİV orqanı və telekanalın fəaliyyətinə son verilib.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub. Bu cəhd baş tutmayıb. Bundan sonra rəsmi Ankara bu cəhdə görə 1999-cu ildən ABŞ-da yaşayan “Hizmət” Hərəkatının lideri Fətullah Güləni ittiham edir.-05D-
-
- İqtisadiyyat
- 19 İyul 2016 17:41
-
- Cəmiyyət
- 19 İyul 2016 19:03
Dünyada
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
-
Ukraynada müharibənin 2022-ci ildə başlanmasından bəri Gürcüstanın Avropaya neft ixracı 15 dəfə artıb, lakin Rusiya dəniz və dəmir yolu vasitəsilə ölkənin ən böyük neft tədarükçüsü olaraq qalır. Bununla belə, Gürcüstana idxal edilən Rusiya nefti ölkənin rəsmi statistikasında qeydə alınmır. Bu barədə yanvarın 22-də Gürcüstanın iFact media qurumu tərəfindən dərc edilən araşdırma hesabatında bildirilir.
-
İsveçdə Quran nüsxələrini yandıraraq mübahisələrə səbəb olan iraqlı xristian qaçqını Salvan Momikanın ölümündən cəmi bir neçə gün sonra Danimarkanın ultra-sağçı siyasətçisi Rasmus Paludan yenidən İslamın müqəddəs kitabını təhqir edib.
Rəy yaz