RIA Novosti, Alexey Druzhin
Türkiyənin dövlət protokolunu kim idarə edir?
Başda Suriya məsələsi olmaqla regiondakı problemləri müzakirə etmək üçün Türkiyə prezidentinin təklif etdiyi Merkel-Macron-Putin-Erdoğan görüşünü keçirmək mümkün olmayınca Erdoğan “şturvalı” Putinə tərəf çevirmək istədi: “Ən pis halda biz Putinlə daha əvvəl müəyyənləşən 5 mart tarixində görüşə bilərik.Biz telefon danışıqları çərçivəsindən kənara çıxaraq,üzbəüz ünsiyyət yarada bilərik”
Bundan əvvəl diqqəti cəlb etmişdik:İdlibdə vəziyyətin gərginləşməsindən sonra Rusiya Federasiyası dövləti Türkiyəyə qarşı sanki soyuq müharibə dövrünün metodlarını tətbiq edir.Məsələn, İdlib məsələsiylə bağlı Kremldən əvvəl Ankaradakı səfir Aleksey Yerxov sosial media üzərindən açıqlamalar verir.Yəni,saymazlığı bu şəkildə ifadə edirlər.
Prezident Erdoğanın bir neçə gün əvvəlki “Putinlə görüş” təşəbbüsünə cavab Kremlin mətbuat katibi Dmitriy Peskovdan gəldi.Həm də yenə saymazyana şəkildə :”Hələ ki martın 5-də Putinin iş planında belə bir görüş nəzərdə tutulmayıb.Martın 5-də prezidentin başqa planları var”
Bu halda ortaya çox sadə sual çıxır:Türkiyənin dövlət protokolunu kim idarə edir? Bir halda ki,sualla başladıq,onda ikinci sualı da verək:ölkələrin diplomatiya idarələri nə üçündür? Cənab Erdoğan əvvəlcə martın 5-nə 4 tərəfli görüş təklif etdi, o görüşün baş tutmayacağına, hər halda, tam inanmadığı üçün “ən pis halda Putinlə görüşü” gündəmə gətirdi.Kreml isə indilik bunu rədd etdi.Elə isə Türkiyə Cümhuriyyəti prezidentinin ofisi,ölkənin xarici işlər nazirliyi nə üçündür? Bu görüşləri pərdə arxasında onlar hazırlayar,belə bir hazırlıq yoxdursa,Erdoğan həm 4 tərəfli görüş həm də Putinlə görüş barədə niyə dəqiqləşdirilməyən açıqlamalar verir? Axı burada açıq-aydın Rusiya dövlətinin əli güclənir?17 illik təkbaşına hakimiyyəti dövründə böyük dövlət təcrübəsi qazanmış Erdoğan kimi bir dövlət adamı bunu necə görə bilməz? Yox, görüb vəziyyəti zorlayaraq nəsə əldə etməyə çalışırsa, bunun Türkiyə üçün əks nəticələr doğuracağını ona deyə biləcək heç kim yoxdurmu? Və nəhayət: daha əvvəl 2-3 gün içində Vladimir Putin ilə görüşə bilən cənab Erdoğana qarşı Kreml indi niyə bu qədər məsafəli hərəkət edir?
Bunun səbəbini də Kreml özü açıqlayı: İdlib probleminə görə Moskva ilə Ankara arasındakı münasibətlər soyuduğuna görə,Vladimir Putinin də Recep Tayyip Erdoğana qarşı məsafəli dayanmasından təbii şey ola bilməz.Erdoğanın diplomatik qaydaları bir tərəfə qoyaraq,5 marta görüş təyin etmə təkidinə baxmayaraq,Kremlin buna müsbət yanaşmamasının səbəbi də İdlibdir: Erdoğanən arzu etdiyi üzbəüz görüşdə Putin İdlib problemini tamamilə bitirmək istəyir,Erdoğan isə bu tələbə yanaşmamağa çalışır.Ona görə cənab Erdoğanın 5 martda görüş üçün “qaydasız oyunu”na Kreml qaydalı şəkildə “yox”- deyir.Həm də “5 martda prezidentin proqramında başqa işlər var”- kimi yuxarıdan aşağıya baxan bir tövrlə...
Yəni,yazının yazıldığı anlara qədər (15.00/27.02.20) İdlib sahəsində hərbi baxımdan geriyə düşmüş Ankara, prezident Erdoğanın “5 martda Putinlə görüş təkidi”ndən də bir şey çıxara bilmir.
Amma “Siyasətdə 24 saatın da böyük əhəmiyyəti var” –sözünü də unutmamaq lazımdır.
Süleyman Demirel demişdi: Azərbaycanın əziz dostu-qardaşı...
-
- İqtisadiyyat
- 28 Fevral 2020 13:52
-
- İqtisadiyyat
- 28 Fevral 2020 14:08
Dünyada
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
-
Ukraynada müharibənin 2022-ci ildə başlanmasından bəri Gürcüstanın Avropaya neft ixracı 15 dəfə artıb, lakin Rusiya dəniz və dəmir yolu vasitəsilə ölkənin ən böyük neft tədarükçüsü olaraq qalır. Bununla belə, Gürcüstana idxal edilən Rusiya nefti ölkənin rəsmi statistikasında qeydə alınmır. Bu barədə yanvarın 22-də Gürcüstanın iFact media qurumu tərəfindən dərc edilən araşdırma hesabatında bildirilir.
-
İsveçdə Quran nüsxələrini yandıraraq mübahisələrə səbəb olan iraqlı xristian qaçqını Salvan Momikanın ölümündən cəmi bir neçə gün sonra Danimarkanın ultra-sağçı siyasətçisi Rasmus Paludan yenidən İslamın müqəddəs kitabını təhqir edib.
Rəy yaz