Şimal� Elektrik Stansiyasında yangın baş verib
Bakı/13.11.18/Turan: Bu gün, noyabrın 13-də Şüvəlan qəsəbəsindəki "Şimal" Elektrik Stansiyasında yangın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın stansiyasının ərazisindəki ehtiyatda olan transformatorda baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin dərhal əraziyə cəlb olunduğu, operativ tədbirlər nəticəsində yanğının söndürüldüyü bildirilir.
Məlumatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nazirliyin digər rəhbər şəxsləri ilə birgə yanğın yerinə gəldiyi qeyd edilir.
"Azərenerji"nin məlumatında isə bildirilir ki, baş vermiş yangın ümumi enerji sisteminin fəaliyyətinə təsir göstərməyib.--0--
Enerji
-
Qazaxıstanın “Kazmunaigas” (KMG) dövlət şirkəti “Kaşaqan” yatağından hasil edilən neftin ilk partiyasını Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac üçün Bakıya göndərib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
-
Türkiyə və bir sıra Avropa ölkələri yenidən Şahdəniz Alfa platformasından qaz almağa başlayıb. Xəzər dənizində yerləşən Şahdəniz yatağının operatoru 6-18 yanvar tarixlərindəki fors-major vəziyyətinə səbəb olan problemləri həll etdikdən sonra bu hasilat platformasında işləri bərpa edib.
-
17 yanvar tarixində iranlı həmkarı Məsud Pezeşkiyan ilə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin işə salındığını təsdiqlədi. Onun sözlərinə görə, ilkin tədarük həcmi 2 milyard kubmetrə çata bilər, lakin sonrakı mərhələdə bu həcmin illik 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
-
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın elektrik enerjisi istehsalı 23,55 milyard kVt/s təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azdır. İstilik elektrik stansiyaları 20,26 milyard kVt/s elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,13 milyard kVt/s (9,5%) azdır, deyə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat yayıb. Eyni zamanda, məişət tullantılarından 182,8 milyon kVt/s elektrik enerjisi istehsal olunub (5,8% artım).
Rəy yaz