Sərhəddə saxlanılan dindara inzibati həbs
Bakı/13.11.18/Turan: Noyabrın 7-də axşam Azərbaycan sərhədində saxlanıldığı bildirilən "Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi"nin sədri Mirtağı Əsədova qarşı ittihamlar bəlli olub. Onun inzibati xəta törətməkdə günahladırıldığı bildirilir.
Bu haqda AzadlıqRadiosuna dindarın həyat yoldaşı Şahanə Hacıyeva məlumat verib.
Onun sözlərinə görə, M.Əsədov inzibati qaydada 30 sutka həbs edilib. Həyat yoldaşı M.Əsədov haqda məhkəmə qərarını əldə edib.
Qərarı noybarın 8-də Nərimanov rayon Məhkəməsi qəbul edib. Qərarda aşağıdakılar yazılır:
"Gürcüstan Respublikasının vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan 8 noyabr tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur".
M.Əsədov barəsində inzibati xəta haqqında protokolu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ)əməliyyat müvəkkili İftixar Rüstəmov tərəfindən tərtib olunub.
İnzibati protokola baxın məhkəmə hesab edib ki, protokolda ifadə edilənlər iclas zamanı öz təsdiqini tapıb. Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, M. Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib.
Şahanə Hacıyeva qərarla razılaşmadıqlarını, vəkillərin apellyasiya şikayəti verəcəyini bildirib.
"Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin" sədri Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanıldığı bildirilir. Bu haqda həmin idarə açıqlama yayıb.
Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi vurğulanır. Üstəlik, onun ailəsinin Azərbaycanda yaşadığı bildirilir. Verilən məlumata görə, ailəsinə baş çəkməkdən ötrü ildə bir neçə dəfə Azərbaycana səfər edir.--0--
-
- Enerji
- 13 Noyabr 2018 18:23
-
- Böyük Şərq
- 13 Noyabr 2018 23:41
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz