Reuters
Jurnalistin qətli: səs qeydlərinə nə üçün qulaq asdırılır?
"Washington Post"dan sonra "New York Times" da topa son dərəcə təsirli şəkildə girərək jurnalist-yazar Qaşıqçının qətli ilə daha açıq eyham vurdu: qəzetin iddiasına görə, konsulluqdakı səs kasetlərinin birində Riyada zəng edən "qətl komandası"nın bir üzvü "Rəisinə xəbər verin"- deyir. Qəzet "rəis"in vəliəhd Məhəmməd bin Salman (MbS) olduğunu irəli sürür.
Qeyd etmək yerinə düşərdi ki, Türk kəşfiyyatının əlində Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun içindən səs qeydləri olmasına dair iddia hələ oktyabrın 10-da hökumətə yaxın "Yeni şafak" qəzetinin köşə yazarı Kemal Öztürk tərəfindən gündəmə gətirilmişdi ("Kaşıkçı olayında Türkiye ne yapacak?") Məclisin keçmiş spikeri Bülent Arınçın, keçmiş baş nazir Erdoğanın mətbuat katibi və daha sonra Anadolu Agentliyinin baş direktoru olan Öztürkə görə,Türkiyə cinayətin törədilməsində iştirak edən baş konsulluq əməkdaşlarını sorğu-suala çəkəcəkdi. Ancaq oktyabrın 17-də Səudiyyə Ərəbistanının baş konsulu Türkiyəni tərk etdi.
Qaşıqçının qətl edilməsiylə bağlı olaraq maraqlı yol izlənilməkdədir: səs qeydləri Türkiyənin əlindədir,Türkiyə kasetləri Qərbin böyük dövlətlərinə təqdim edir, o dövlətlər günaşırı ya Səudiyyə Ərəbistanına embarqo tətbiq edilməsindən bəhs edir ya da bunun 180 dərəcə əksi olan şəkildə ticari-iqtisadi münasibətlərin davam etdiriləcəyini bəyan edirlər.
O birilərdən fərqli olaraq Fransa xarici işlər naziri "Erdoğanın səs qeydlərini vermədiyini" iddia etsə də Türkiyə xarici işlər naziri o iddianı şiddətlə rədd etdi.Ankara kral Salmanın yaxasını bu prosesdən tamamilə kənara çəkməyə çalışarkən vəliəhdə qarşı eyhamlar vururdu.
Washington "özünün övladı" kimi gördüyü vəliəhd MbS-ni güdaza verməməyə çalışırdı."New York Times"ın da oyuna bu qədər ciddi şəkildə daxil olaraq işarə barmağını MbS-yə tərəf uzatması Türkiyəni təmin edən bir işarə ola bilərmi? Bir dəfə də yazmışdıq: yerli mətbuat bu qətlə, demək olar ki, diqqət yetirməzkən (hələ iqtidarın öz mətbuatı adını belə çəkməzkən) bu işin Qərb mətbuatının gündəmində saxlanılması Ankaranın işinə nə dərəcədə yarayır?
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər Əbdülfəttah Sisinin 2013-cü ilin iyulunda hərbi çevrilişlə "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Mursini prezident kreslosundan uzaqlaşdırıb həbsə atmasıyla pisləşmişdi.Zira Riyad açıq şəkildə Sisini dəstəkləyərək daha sonra yardımını da əsirgəməmişdi.İkinci psiləşmə dönəmi isə 2017-ci ilin yayında Məhəmməd bin Salmanın vəliəhd kreslosunu yiyələnməsindən sonra yaşanmışdı.Çünki Ankara MbS-nin prezident Trumpın kürəkəni Kushner tərəfindən idarə edildiyinə, məhz o sayədə İsrailin bölgədə daha çox güc qazandığına və Tel-Əvivə qarşı gücünün də məhz MbS-yə görə zəiflədiyinə inanır.Hətta bölgədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri,Kuveyt və Əmmanın maddi dəstəyi ilə qurulmağa çalışılan "Sünni NATO-su"nun da Kushner ilə MbS-nin "papaqlarının altından çıxdığı" iddia edilir ki,Türkiyə iqtidarı bu proseslərdən kənarda qalmağı birinci növbədə, ideoloji baxımdan həzm edə bilmir.
Söhbət jurnalist-yazar Qaşıqçının öldürülməsindən gedərkən o çərçivədə bu sualın təbii şəkildə meydana çıxmaması mümkün deyildir: Türkiyə öz əlindəki səs qeydlərindən bu işdə MbS-nin birbaşa əli olduğuna əmindirmi? Və əmin olduğuna görə o səs qeydlərini Qərb ölkələri (və bəlkə də mediası) ilə paylaşaraq yaxın gələcəkdəki birbaşa və açıq suçlamalara zəmin hazırlayırmı?
İstintaq prosesində Riyada ümid edə bilməyəcəklərini İstanbul Cümhuriyyət baş prokurorluğu 15 gün əvvəl açıqlamışdı.Baş prokurorluğun bu istintaqı dərinləşdirdiyinə heç kim şübhə etmir.Siyasi planda və beynəlxalq əlaqələr müstəvisində isə Türkiyənin bu hadisədən həm ehtiyatla həm də ustalıqla istifadə etməyə çalışdığını noyabrın əvvəlindən bəri müşahidə etmək mümkündür."New York Times"dakı yazı da bunun bir sübutu hesab edilə bilər.
Böyük Şərq
-
PKK terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısı Abdulla Öcalanın azad edilməsi üçün Milliyyətçi Hərəkat Partiyasının axıra qədər qərarlılıq nümayiş etdirəcəyi görünür. İşin görünməyən tərəfi MHP lideri Devlet Bahçelinin bu qərarlılığın mənbəyini haradan almasıdır: öz iradəsidir, yoxsa, xüsusilə Suriyada cərəyan edən proseslər çərçivəsində əldə edilmiş razılaşmada bu işin podratçılığını cənab Bahçeli öz üstünə götürdü?
-
Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar.
-
Since closely observing Turkish politics from 1991, I have witnessed police operations predominantly targeting Kurdish-oriented parties and politicians, with necessary arrests leading to imprisonment and a relative calming of the situation, followed by the constitutional court shutting down the Kurdish party in the political arena.
-
Ankara Suriyanın yeni lideri Əhməd əş-Şaaranın addımlarını gözləyərkən, həm də PKK-nın Suriya qolu PYD/YPG-yə müxtəlif vasitələrlə hər saat, hər gün təzyiq göstərir: Dəməşq şimal-şərqdə formalaşan kürd kantonlarından 'silahları torpağa basdırmağı' tələb edərkən, Ankara bu tələbi öz sərhədləri daxilində və Şimali İraqdakı terrorçulara daha qəti şəkildə çatdırır. 8 Dekabrda, Türkiyənin dəstəklədiyi bir təşkilatın Suriyanın şimal-qərbində Əsəd ailəsinin qaçmasından sonra hakimiyyəti ələ keçirməsi ilə, Türkiyə bu vəziyyətdən sürətlə faydalanmağa başlayıb. İndiyə qədər atılan addımların sürəti və dəqiqliyi bunu təsdiqləyir; açıqdır ki, Ankara bu günlər üçün illərlə əvvəldən yaxşı hazırlaşmışdır."
Rəy yaz