Azərbaycan iqtisadiyyatı gündə 120-150 milyon manat itirir - Mikayıl Cabbarov
Bakı/25.04.20/Turan: Ölkə iqtisadiyyatının gündəlik itkiləri 120-150 milyon manata çatır, bu barədə aprelin 25-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində bidirib. Verilən fasilə nəticəsində böyük müəssisələr belə problemlərlə üzləşə bilər, deyə o qeyd edib.
Aprelin 27-dən etibarən Azərbaycanda karantin rejiminin qismən yumşaldılmasına başlanacaq. Amma koronavirus təhlükəsi hələ uzun müddət vəziyyətə təsir edəcək, deyə Cabbarov bildirib.
O, təkrarən karantin rejiminin tətbiqinin sahibkarların külli miqdarda maddi zərərə məruz qalması və ya müflisləşmə ilə nəticələnə biləcəyini istisna etməyib.
Nazir aprel və may aylarında sahibkarlara dövlət tərəfindən kredit və vergi imtiyazları şəklində dəstək vəd edib.
Öz növbəsində, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, işsizlərə 190 manat yardım ödənilməsi üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) olması əhəmiyyət daşımır. Onun sözlərinə görə, vətəndaşlar müraciət edərsə, bu əsasla imtina hallarına baxılacaq. -0-
-
- Maliyyə
- 25 Aprel 2020 21:29
İqtisadiyyat
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasında iştirak edərək ölkənin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu və yaşıl enerji keçidi təşəbbüslərini vurğulayıb.
-
Gürcüstanın Batumi şəhərində Azərbaycan dövlət neft şirkəti SOCAR-ın təxminən 200 işçisi maaşlarının artırılması tələbi ilə yanvarın 21-də tətil keçiriblər. Yerli Batumelebi nəşrinin məlumatına görə, tətilə müxtəlif bölmələrdən texniklər və işçilər qoşulub. Onlar uzun illərdir ki, iş həcmlərinə uyğun olmayan minimal maaş aldıqlarını bildiriblər.
-
21 yanvar tarixində Davosda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Carlsberg Group-un Müşahidə Şurasının sədri Henrik Poulsen və şirkətin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Müzakirələr zamanı Carlsberg Group-un Azərbaycandakı fəaliyyətini genişləndirməsi və yerli istehsalın, həmçinin dayanıqlılığın inkişafına sadiqliyi vurğulanıb.
-
2024-cü ildə Azərbaycanın "Vahid Pəncərə" İxrac Dəstəyi Mərkəzi müəssisə və fiziki şəxslərdən 1,747 sorğu qəbul edərək 3,982 ixrac sertifikatının verilməsini təmin edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu səylər 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dəstəkləyib.
Rəy yaz