Azərbaycanın borc balansı hökumətin dediyi kimi sabit deyil
Azərbaycanın borc balansı hökumətin dediyi kimi sabit deyil.
Beynəlxalq Valyuta Fondu son icmalında Azərbaycanın ÜDM-nin ilin sonu üçün $35,7 mlrd (57,8 mlrd çmanat) olacağını bildirir. Ümumi dövlət borcu ÜDM-in 39,6%-i və ya $14 mlrd 137 mln gözlənilir. Bu, valyuta ehtiyatlarından 3,5 dəfə (1 oktyabr üçün AMB-nin məlumatına görə, $4 mlrd 132,7 mln) çoxdur.
Xatırladaq ki, Azərbaycan hökuməti ümumi borcun 12-13% olduğunu, beynəlxalq maliyyə strukturlarının ölkəyə əlavə kredit vermək imkanını bəyan edir.
Oktyabrın 1-i üçün ÜDM 43 mlrd 436,3 mln manat (mənfi 3,9%) olub. Dövlətstatkom azalmanı tikintidə həcmin düşməsi ilə izah edir. Amma bu, belə deyil – rekord 2014-cü ildə neft ixracı sayəsində bu göstərici $75 mlrd188 mln idi. Iki dəfə devalvasiya “sayəsində» isə manat iki dəfə qiymətdən düşüb. --17D—
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz