![Bank VTB-Azərbaycan 50 yeni avtobus alınmasını maliyyələşdirib](https://turan.az/resized/media/2014/main/123000101567-750-500-resize.webp)
Bank VTB-Azərbaycan 50 yeni avtobus alınmasını maliyyələşdirib
“Bakı-2015” Avropa Oyunlarına hazırlıq çərçivəsində “Bank VTB (Azerbaijan)” 50 yeni avtobusun alınması üçün "Safa Holdinq" şirkətinə 7 mln manat məbləğində kredit ayırıb.
İlk 25 avtobus artıq Bakıya gətirilib və şəhər marşrutları üzrə işə başlayıb. “İsuzu” City Bus markalı Türkiyədə istehsal olunmuş nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat gedişi üçün tam komplektasiya olunub. Avtobuslar “Avro-5” ekoloji standartına cavab verir, kondisioner və isitmə sistemləri ilə təchiz olunub, uşaqlar, yaşlı və fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə malikdir. Araba ilə hərəkət edən sərnişinlər üçün avtobuslarda panduslar quraşdırılıb. Hər bir avtobus 27 oturacağa malikdir.
Vergilər Nazirliyinin məlumatına görə, “Safa Trans” MMC bu ilin 28 fevralında yaradılıb. Nizamnamə kapitalı 50 manatdır.
“Bank VTB (Azerbaijan)" Bank VTB” ASC-nin törəməsidir. Bankın səhmdarları “Bank VTB” (51%), “AtaHolding” şirkətlər qrupudur (48,99%). 08D
-
- İqtisadiyyat
- 30 Dekabr 2014 15:17
-
- Analitika
- 30 Dekabr 2014 15:36
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz