Daşınmaz əmlakın icbari sığortası üzrə mükafatlar kəskin azalıb
İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2016-cı ilin fevral ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 755,887 min manat (mənfi 80%) məbləğində sığorta haqqı əldə ediblər. İSB-nin məlumatına görə, ötən ay Büro üzvləri bu sığorta növü üzrə 5,904 min sığorta müqaviləsi bağlayıblar. Bu, 2015-ci ilin analoji dövrünün göstəricisindən 56% azdır.
Fevralda bağlanmış müqavilələrin 64,01%-i yaşayış evləri və mənzillərin, 0,98%-i inzibati binaların, 35,01%-i digər daşınmaz əmlakın payına düşüb.
Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus tikililərə, yaşayış və qeyri-yaşayış sahələrinə, yaşayış evləri, binaları və mənzillərə, habelə dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik naqillərində baş verən qısaqapanma, yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə bağlı olan faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqlərində 15 min manat təşkil edir. Tarif sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 13 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə lisenziyaya malikdir. --17D—
-
- Söz istəyirəm
- 3 Mart 2016 13:26
-
- Cəmiyyət
- 3 Mart 2016 14:14
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz