Ən ucun social mənzil - 29 min 925 manat�
Bakı/05.05.18/Turan: Gələn həftədən Yasamal yaşayış kompleksində sosial mənzillərin satışına başlanacaq.
Bu haqda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatında bildirilir.
MİDA bildirir ki, birinci mərhələdə 4 binadakı 260 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılıb. Satış mayın 7-də saat 10:00-da başlayacaq və avqustun 7-dək davam edəcək.
MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.
Satışa çıxarılmış 260 mənzilin tam təmirli olduğu, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunduğu bildirilir.
MİDA qeyd edir ki, bütün binalar Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub. Mənzillərə artıq mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar da verilib.
Qiymətlərə gəlincə, MİDA bildirir ki, ən ucuz mənzillər bir otaqlı mənzillərdir - qiymətlərin 29 min 925 manatdan başladığı bildirilir. 2 otaqlı mənzillərin qiyməti 47 min 282, 3 otaqlılarınsa 65 min 626 manatdan başlayır.
Vətəndaşlar mənzilləri İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına da əldə edə bilərlər. Həmin kreditlər 3-30 illiyə, 4 faizlə verilir. Güzəştli ipoteka krediti vasitəsilə alındıqda minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.
Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.
Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. "Yasamal" Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.
Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub.--0--
-
- İqtisadiyyat
- 5 May 2018 17:05
-
- Cəmiyyət
- 5 May 2018 19:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Rəy yaz