Sosial yardım sistemi təkmilləşdiriləcək
Bakı/05.05.18/Turan: Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə təkliflərin hazırlanacağı bildirilir.
Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, nazirlikdə bu məqsədlə işçi qrupu yaradılıb. Nazir Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələrin qoyulduğu bildirilir.
İşçi qrup müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, neqativ halların aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlamalıdır.
Hazırda sosial yardım alan aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının reallaşdırılması, onların sosial yardım sistemindən asılılığının aradan qaldırılması da işçi qrupun qarşısında duran vəzifələrdən olacaq.
Yaxın zamanlarda təkliflər hazırlamalı olan işçi qrupun artıq ilk iclasının keçirildiyi bildirilir.
Azərbaycanda aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən başlanıb.
Rəsmi bilgilərə görə, 2016-ci ildə Azərbaycanda 120.3 min aztəminatlı ailənin 498.4 min nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib. Onun bir nəfərə düşən orta aylıq məbləği 35.8 manat təşkil edib.
2017-ci ilin 9 ayında isə ölkədə 98.3 min aztəminatlı ailənin 404.6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. Bir nəfərə düşən orta aylıq məbləği 36 manat təşkil edib. Həmin ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 27.5 faiz azalıb.--0--
-
- Bazarların icmalı
- 5 May 2018 14:22
-
- İqtisadiyyat
- 5 May 2018 19:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 292
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz