«Fitch» də Azərbaycanın reytinqini «zibil» səviyyəysinə endirdi
“Standard and Poor’s” reytinq agentliyinin ardınca daha bir reytinq nəhəngi - “Fitch Ratings” də Azərbaycanın kredit reytinqini BB+ yaxud “zibil” səviyyəsinə endirib. Azərbaycanın əvvəlki reytinqi BBB- səviyyəsində qiymətləndirilirdi.
Bu haqda Fitch-in press-relizində bildirilir.
Fitch Standard & Poor's və Moody's-la birgə dünyanın üç ən nüfuzlu reytinq agentliyindən biridir.
Fitch reytinqin endirilməsini iqtisadiyyatın karbohidrogen ehtiyatlarına, özəlliklə neftə bağlı olması, neftin qiymətinin ucuzlaşması və ölkənin valyuta ehtiyatlarının azalması ilə izah edir.
Azərbaycanın yeni reytinq dərəcəsi - BB+ səviyyəsi “spekulə edilmiş” və ya “zibil” səviyyə hesab olunur. Bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır.
Yanvarın 29-da «Standard&Poor's» reytinq agentliyi də Azərbaycanın uzunmüddətli kredit reytinqini BBB- səviyyəsindən BB+ səviyyəsinə endirmişdi.
O zaman Maliyyə Nazirliyi «Standard&Poor's»ün bir sıra qeyri-dəqiqliklərə yol veridiyini, qiymətləndirmənin nəticələri ilə razılaşmadığını bəyan eləmişdi.
-
- İqtisadiyyat
- 27 Fevral 2016 14:26
İqtisadiyyat
-
Qazaxıstanın büdcə aviaşirkəti FlyArystan yay mövsümündən əvvəl Bakı-Astana-Bakı marşrutu üzrə aviabilet satışına başlayıb, şirkətin mətbuat xidməti bazar ertəsi bildirib.
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
Rəy yaz