Horvatiya Azərbaycan qazını gözləyir
Azərbaycan Horvatiya şirkətlərini kənd təsərrüfatı, turizm, texnologiya və kimya sənayesinə investisiya qoymağa çağırıb.
Turan məlumat verir ki, çərşənbə axşamı Azərbaycan-Horvatiya biznes-forumunda bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmməov bildirib.
Biznes-forum Horvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin Bakıya səfəri çərçivəsində keçirilir.
Tədbirdə çıxış edən Horvatiya İqtisadiyyat Palatasının prezidenti Luka Buriloviç bildirib ki, 2015-ci ildə Horvatiyadan Azərbaycana ixrac 396 mln. dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 14% çoxdur. Azərbaycan Horvatiyaya 392 mln. dollar həcmində məhsul ixrac edib.
Səfər çərçivəsində Horvatiya prezidenti SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşüb. O bildirib ki, Horvatiyada Azərbaycan qazının İon-Adriatik boru kəmərilə Balkan ölkələrinə nəqlini səbirsizliklə gözləyirlər.
Öz növbəsində R.Abdullayev deyib ki, SOCAR və Horvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz kəmərinin (Ionian-Adriatic Pipeline - IAP) inşasına dair qarşılıqlı anlaşma haqqında memorandum regionun enerji təhlükəsizliyi baxımından mühüm addımdır.71D-
-
- Cəmiyyət
- 25 Oktyabr 2016 12:36
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 13:34
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz