Huawei kömək edəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, “Huawei” şirkəti (Çin) Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin qurulması layihəsinə cəlb edilib
Bu məsələ Bakıda rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə və “Huawei” şirkətinin baş direktoru Liu Jianvei arasında baş tutmuş görüş zamanı müzakirə edilib.
Xəbər verildiyi kimi, bu ilin aprel ayında Niderlandın “Amsterdam Trade Bank”ı “Multimedia xidmətlərinin inkişafı” layihəsinin maliyyələşdirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 13,7 mln avro kredit verib. Layihə Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında əhalinin yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsinə yönəlib.
Layihə çərçivəsində yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərindən 64 min nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98 min port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur. --17D—
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 14:25
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 14:53
İqtisadiyyat
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun rəhbərlik etdiyi araşdırma, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
-
Azərbaycan Dəmir Yolları QSC (ADY) 2025-ci ilin yanvar ayında 713,699 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir, şirkət çərşənbə axşamı bildirib.
-
Ötən həftə Azərbaycan mediası pərakəndə çörək qiymətlərinin artacağı barədə məlumat yayıb, bu artımı məhsulun çəkisinin artmasına bağlayıb. Növbəti gün rəsmi bildirişdə hökumətin ölkədə çörək qiymət artımını sanksiyalaşdırmaq niyyətində olmadığı təsdiqlənib. Lakin, bu əsas qida məhsulunun qiymətinin artmasının başqa bir səbəbi ilə təhdid qalır.
Rəy yaz