Böhrana baxmayaraq Gilan Holding böyüyür
Dekabrda Gilan Holding şirkətlər qrupu firma adının istifadəsi ilə iki şirkət təsis edib. Beləliklə, iqtisadi və maliyyə böhranına baxmayaraq, holdinq böyüməkdə davam edir.
Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin reyestrindən açıqladığı məlumata əsasən, developer və kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi məqsədi ilə “Gilan Development” MMC və “Gilan Vegetables” MMC təsis edilib. Şirkətlərin nizamnamə kapitalı 100 manat həcmində müəyyənləşib.
Gilan Bakıda və ölkənin regionlarında, həmçinin onun kənarlarında tikintinin və daşınmaz əmlakın alqı-satqısının fəal iştirakçılarındandır. Qrupa kənd təsərrüfatı istehsalı və aqrosənaye kompleksi sahəsində onlarla müəssisə məxsusdur. Şirkət Azərbaycanda bir neçə min hektar kənd təsərrüfatı təyinatlı torpaqlara sahibdir. 08D
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 14:51
-
- Foto sessiyalar
- 28 Dekabr 2015 14:57
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz