II rübdə neft bahalansa da, Neft Fondunun gəlirləri 2,3% azalıb
2016-cı ilin I yarısında Neft Fondunun aktivləri 4,6%, artaraq $35 mlrd 117,9 mln olub.
Fondun məlumatında deyilir ki, I yarımildə Fondun gəlirləri 3 mlrd 991 mln manat, xərcləri 2 mlrd 256,7 mln manat olub.
1 aprel 2016-cı il üçün Neft Fondunun aktivləri $34 mlrd 246 mln (+ 2%). II rübdə Fondun gəlirləri 1 mlrd 967,9 mln manat olub. I rübdə bu göstərici 2 mlrd 23,1 mln manat təşkil edib. Halbuki II rübdə neft $12 baha olub. Demək, hasilat sabit qalsa da, xərclər (capex+opex) artıb.
Mənfəət nefti və qaz satışından mədaxil 3 mlrd 680,6 mln manat, transit gəlirləri 8,8 mln manat, bonus ödənişi 0,1 mln manat. Fonun vəsaitlərinin idarə edilməsindən gəlirlər 301,5 mln manat olub.
Fondun xərcləri belə olub: dövlət büdcəsinə transfertlər 1 mlrd 760 mln manat, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi xərcləri 55,2 mln manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması xərcləri 19,6 mln manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsi xərcləri 35,3 mln manat, «Cənub qaz dəhlizi» layihəsinin xərcləri 241,9 mln manat, STAR NEZ layihəsi xərcləri 127 mln manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili xərcləri 9,2 mln manat, Fondun idarə edilməsi üzrə inzibati xərclər 8,5 mln manat olub.
Məzənnənin dəyişməsi ilə bağlı büdcədənkənar xərclər 65,4 mln manat olub.
30 iyun 2016-cı ildə aktivlərin $1 mlrd 361,6 mln-I manatla, $16 mlrd 139,5 mln və ya47,8% ABŞ dollar ilə, 34,5% avro ilə, 4,7% funt sterlinqlə, 0,6% Avstraliya dollar ilə, 1,2% türk lirəsi ilə, 1,5% rublla, 1,3% Cənubi Koreya vonu ilə 1,4% Çin yuanı ilə, 1,9% yapo yeni ilə, 1,3% başqa valyutalarla, 3,8% qızılla yerləşdirilib.
Fondun məlumatına görə, vəsaitlərin 44,99%-i Avropa, 23,07% Şimali Amerikada, 27,07% Asiya-Sakit okean regionunda yerləşdirilib. –12D--
-
- İqtisadiyyat
- 20 İyul 2016 13:08
-
- İqtisadiyyat
- 20 İyul 2016 13:12
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz