İlham Əliyev İtaliya şirkətinin TAP layihəsinə daxil olmasının mümkünlüyü haqqında
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, İtaliyanın "Snam S.p.A." şirkətinin Azərbaycan qazını Avropaya nəql edəcək Trans Adriatik Boru Xəttinin (TAP) tikintisi layihəsindən pay almaq istəyinə qarşı deyil.
Reuters-in məlumatına görə, dövlət başçısı Milan EXPO beynəlxalq ticarət sərgisində jurnaslitlərin suallarını cavablandırarkən belə deyib.
"Niyə də yox? Əgər digər şirkətlər öz səhmlərini sata bilərsə, mən burada heç bir problem görmürəm,"- deyə İ. Əliyev bildirib.
İlham Əliyev layihənin 2020-ci ildə başa çatdırılacağını təsdiqləyib.
Qeyd edək ki, əvvəllər şirkətin icraçı direktoru Karlo Malkarne Reuters-ə müsahibəsində bildirmişdi ki, şirkət TAP-da 20% səhm almaq üçün iyundan müvafiq qiymətləndirmə işlərinə başlayıb.
TAP-ın səhmdarları bunlardır: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və AXPO (5%). –0—
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:39
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:51
İqtisadiyyat
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
-
BP, Azəri-Çıraq-Günəşli (ACG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies adından, 2023-cü ildə başlanan "Gələcəyin Bacarıqları" təhsil layihəsinin son mərhələsinin uğurla başa çatdırıldığını elan edib.
-
BP-Azerbaijan, Azərbaycanın flaqman qaz yatağı olan "Şahdəniz"in operatoru, yeni platformanın tikintisi ilə bağlı planlarını açıqlayıb. Bu layihə Xəzər dənizinin ən böyük enerji ehtiyatlarından birinin istismarında əhəmiyyətli bir addımı təmsil edir və faktiki olaraq yatağın işlənməsinin üçüncü mərhələsini təşkil edir.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 231
Rəy yaz