SOCAR nümayəndə heyəti Yaponiyada danışıqlar keçirib
SOCAR prezidenti Rövnəq Abdullayevin başçılığı ilə şirkətin nümayəndə heyəti Yaponiyada səfərdədir. Bu barədə SOCAR-ın saytı məlumat verir.
Səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə Yaponiya şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.
Səfər çərçivəsində R.Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan INPEX Korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb. Görüşdə INPEX şirkətinin SOCAR-ın layihələrində, o cümlədən "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin SOCAR mütəxəssisləri üçün İNPEX şirkətində treninqlərin təşkil olunması da danışıqların predmeti olub.
Amma İNPEX saytı bu barədə məlumat vermir.
Inpex Corp. (10,96%) Yaponiyanın ITOCHU Oil (4,3%) şirkəti ilə birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində iştirakçıdır. –12D--
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:52
İqtisadiyyat
-
Nazirlər Kabineti, ixracatçıları və investorları 2025-ci ildə dəstəkləmək məqsədilə ölkənin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən göstəriləcək xidmətlərin ətraflı siyahısını təsdiq edib. Qərar 22 yanvar 2025-ci il tarixində qəbul edilmiş 11 nömrəli Qərarla rəsmiləşdirilib.
-
2024-cü ilin ilk üç rübündə Azərbaycan 3,77 milyon dollar dəyərində ketçup və digər pomidor əsaslı məhsullar idxal edib ki, bu da 2442,5 ton təşkil edir. Rusiya, Qazaxıstan, Almaniya, Türkiyə, Vyetnam və hətta Oman kimi ölkələrdən gətirilən bu idxal ölkə üçün maraqlı bir paradoksu üzə çıxarır: Azərbaycan təzə pomidorların əsas ixracatçısı olsa da, emal olunmuş pomidor məhsullarını daha yüksək qiymətlərlə idxal edir.
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
Rəy yaz