Vaxtı keçmiş kreditlərin həcmi üçdə bir artıb
Mərkəzi Bankın məlumatına görə, iyunun 1-i üçün vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd 313,2 mln manat və ya bütün kreditlərin 6,4%-i qədər olur. Mütləq göstəricidə bu, ilin əvvəlindəkindən 34,5% çoxdur. Hətta nəzərə alaq ki, fevral devalvasiyası yerində saymaq demək deyil, münki sahibkarlığa kreditlərin çoxu dollarla verilib.
2015-ci il iyunun 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 mlrd 468,1 mln manat təşkil edib (+10,4%). Dövlətin payı olan banklar (məsələn, ABB) 7 mlrd 335,6 mln manat (+19,4%) kredit qoyub. Bu, ümumi kreditlərin 35,8%-dir. Özəl bankların payı 12 mlrd 542 mln manat (+5,6%) və ya 61,3% olub. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Kredit artımının çoxu (+73,5%) xarici valyuta ilədir - 8 mlrd 738,9 mln manat. Mütləq göstəricidə o, milli valyutaya yaxınlaşır. Manatla kreditlərdə azalma var (mənfi 13,2%). Amma manatın xüsusi çəkisi dollar və avrodan çoxdur - 11 mlrd 729,2 mln manat.
İyunun 1-i üçün kreditlərin 8 mlrd. 43,4 mln. manatı (39,3%) ev təsərrüfatı sahəsinin payına düşür. Ardınca ticarət və xidmət 2 mlrd 912,2 mln manat (14,2%), tikinti və daşınmaz əmlak - 2 mlrd 814,1 mln manat (13,8%), sənaye və istehsal sektoru 2 mlrd 182,8 mln manat (10,7%), kənd təsərrüfatı və emal935,1 mln manat (4,6%), nəqliyyat və rabitə 890,9 mln manat (4,4%), energetika, kimya və təbii ehtiyatlar sektoru - 276,2 mln manat (1,3%) gəlir. --17D—
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:51
-
- Cəmiyyət
- 10 İyul 2015 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Rəy yaz