Maaşların indeksasiyası olacaqmı?
Manatın xarici valyutalar qarşısında dəyər itirməsi onun alıcılıq qabiliyyətinə ciddi təsir edib. İndi ümumi bahalaşma fonunda hamı aldığı maaş və əldə etdiyi digər pul gəlirlərini 21 dekabr devalvasiyasından əvvəlki dövrlə müqayisə edərək itkilərini hesablayır.
Çoxları dövlətin onları tək buraxmayacağını, ən azından əmək haqlarının indeksasiya olunacağını güman edir. Amma bu baş verəcəkmi?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib ki, Azərbaycanda əmək haqlarının inflyasiyaya uyğun artırılması təcrübəsi yalnız əmək pensiyalarına şamil olunur. Dövlət və büdcə sektorunda belə bir təcrübə yoxdur. Özəl sektora da bunu heç kəs məcbur edə bilməz. “Amma əvvəlki illərin təcrübəsindən xatırlayırıq ki, dövlət başçısının sərəncamları ilə dövlət qulluqçularının və müdcə təkilatlarında çalışanların əmək haqları mütəmadi olaraq artırılıb. İndiki halda isə bunun baş verib-verməyəcəyini söyləmək hələ tezdir. Ləngər vuran qiymətlərin sabitləşməsindən sonra nəsə demək olar”. QHT sektorunun təmsilçisi belə düşünür.
Hüquqşünas Xalid Bağırov da bu fikirləri bölüşür. Onun fikrincə, dövlət sektorunda maaşların indeksasiyası barədə qərar hüquqi deyil, siyasi qərardır.
“Turan” İnformasiya Agentliyinin eksperti Toğrul Cuvarlı maaşların inflyasiya faizinə mütənasib artırılması haqda bəzilərinin optimizmini paylaşmır. “Büdcə gəlirlərinin azalması və xərclərin qarşılanması üçün vəsaitlərin yetərli olacağına ciddi şübhələrin olduğu bir vaxtda hökumətin ən azı yarım milyon şəxsin əmək haqqının artımına gedəcəyini düşünmək sadəlövhlük olardı. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hökumət maaş artımını hər zaman infylasiya yaradan amil kimi dəyərləndirib”.
Maraqlıdır ki, 10 iyul 2014-cü il tarixində Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişə görə, tərəflər “əmək haqqının inflyasiya nəzərə alınmaqla indeksləşdirilməsi barədə mülahizənin qanuna daxil edilməsi” ilə bağlı məsləhətləşmələr aparmalı idilər. Lakin il Sazişin qüvvədə olma müddəti bitdi, amma bu mövzuda danışıqlar haqda bir söhbət yoxdur.
Dünyanın hər bir yerində əmək hüquqlarını qorumaq üçün çalışan həmkarlar ittifaqları Azərbaycanda da var. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində deyiblər ki, devalvasiya haqqında qərərdan cəmi 4 gün keçib. Hələlik konfederasiyanın maaşların artırılması haqda hökumətə tələbi ortaya qoyulmayıb. Şöbənin müdiri bildirib ki, dekabrın sonunadək belə bir mövqe ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, son devalyasiyadan sonra Azəbaycanda orta aylıq əmək haqqı Cənubi Qafqaz dövlətləri ilə müqayisədə ən aşağı səviyyəyə düşüb.
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 11:43
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz