Rusiya holdinqinin əmtəə nişanı Azərbaycanda qeydiyyatdan keçib
Rusiyanın “Şvabe” holdinqinin əmtəə nişanı Azərbaycanda qeydiyyatdan keçib. Əmtəə nişanı Azərbaycanda Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatında 16 sinif üzrə kiril və latın əlifbalarında qeydiyyata alınıb.
Holdinqin məlumatında bildirilir ki, onun məhsulları - geodeziya, təbabət, optik və işıq texnikası avadanlıqları dövlət tərəfindən müdafiə ediləcək. “Şvabe” həm də öz brendi altında Azərbaycan ərazisində elmi araşdırmalar, təcrübə-konstruktor işləri aparmaq və sənaye məhsullarını təhlil etmək hüququnu rəsmiləşdirib”,- deyə məlumatda bildirilir.
Bu holdinq Azərbaycana optik cihazlar, geodeziya avadanlıqları və tibb texnikası tədarük edib. “Bizim Azərbaycana tədarük etdiyimiz məhsulların spektri kifayət qədər rəngarəngdir. Müxtəlif illərdə biz Azərbaycana müxtəlif optik cihazalar və geodeziya avadanlıqları tədarük etmişik. Bizim tibb sahəsində sıx və qarşılıqlı faydalı əməkdaşlığımız yaranıb. Ölkə ərazisində əmtəə nişanının qeydiyyatdan keçməsi işgüzar münasibətlərin inkişafında əlamətdar addımdır. Bu, azərbaycanlı tərəfdaşlarımızı qaçaqmal məhsullarından qorumaq imkanı verməklə yanaşı, həm də müxtəlif birgə layihələr reallaşdırmaq üçün zəmin yaradacaq”,- deyə məlumatda holdinqin baş direktorunun satış, xarici iqtisadi fəaliyyət və marketinq üzrə müavini Anatoli Sludnıxa istinadən bildirilib.
“Rostex” dövlət korporasiyasına daxil olan “Şvabe” holdinqi Rusiyanın optik-elektron sahələrinə aid əsas müəssisələri birləşdirir. Holdinqin tərkibinə Rusiyanın regionlarından (Moskva və Moskva vilayəti, Yekaterinburq, Sankt-Peterburq, Kazan, Novosibirsk və digər şəhərlər), eləcə də xaricdən (Çin, Almaniya, İsveçrə, Belarus) 64 təşkilat, o cümlədən elmi-tədqiqat institutları, konstruktor büroları, elmi-istehsalat birlikləri daxildir. --17D—
-
- İqtisadiyyat
- 3 Sentyabr 2015 11:22
-
- İqtisadiyyat
- 3 Sentyabr 2015 11:29
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz