Sığorta maliyyələrinin konsentrasiyası davam edir
Sığorta bazarı maliyyə konsentrasiyasını davam etdirir. Tədiyələrin yarıdan çoxu (56%) iri, hökumətə və hakim ailəyə bağlı korporasiyalar əlaqələri olan beş aparıcı sığortaçı tərəfindən toplanıb.
Belə ki, “PAŞA Sığorta” dekabrın 1-i üçün
59,7 mln., “PAŞA həyat Sığorta” 50,9 mln. manat toplayıb. “Atəşğah Sığorta”nın hesabında 40,8 mln., dövlət “Azərsığorta” şirkətinin hesabında 38,2 mln. manat, Atəşğah həyat Sığorta”nın hesabında 35 mln. manat var.
Ən az “Günay Sığorta”nın (62 min manat) və yeganə xarici şirkət - Chartis Azerbaijanda (62 min manat) var. Bunlar yüz minə çatmayan yeganə qurumlardır.
Bashak İnam 961 min manat, Əmrah Sığorta 818 min manat, Azərqarant 212 min manat toplayıb. --17D—
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 13:51
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz