İstehsalatda bədbəxt hadisələr üzrə sığortaçılar toplanan tədiyənin cəmi 7%-ni ödəyiblər
Bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi və istehsalatda peşə xəstəliklərinin icbari sığortası üzrə ixtisaslaşan üç şirkət dekabrın 1-i üçün 28,6 mln. manat tədiyə (ötən ilin uyğun dövrü ilə müayisədə +3,6%) toplayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) mətbuat attaşesi Vəfa Rüstəmova bildirib ki, bu, həyat sığortası bazarında xüsusi çəkinin dörddə bir hissəsindən bir qədər çoxdur (27,1%). Bu seqmentdə ödənişlər 2 mln. manat səviyyəsində olub (- 2,5%).
Ödənişlərin tədiyələrə nisbəti 7% təşkil edir ki, bu da çox aşağı göstəricidir.
“Bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi və istehsalatda peşə xəstəliklərinin icbari sığortası haqqında” qanun 2010-cu il dekabrın 16-dan Maliyyə Nazirliyi tərəfindən normativ-hüquqi aktların təsdiqindən sonra fəaliyyət göstərir.
Xatırladaq ki, həyat sığortası bazarında üç şirkət fəaliyyət göstərir: PAŞA həyat Sığorta, Atəşgah həyat Sığorta və Qala həyat Sığorta.-- 17D—
-
- Siyasət
- 29 Dekabr 2015 12:59
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 13:13
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz