Milli Məclis Amerika əleyhinə qanun layihəsini çıxarır
Milli Məclisin bugünkü plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub. Layihənin müəllifi deputat Rövşən Rzayevdir.
R. Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını təklif edib.
“Bu, mənim Azərbaycana qarşı ikili standartlara etirazımdır”, - o qeyd edib.
Milli Məclisin spikeri Oqtay Əsədov qərar layihəsinin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.16D-
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 12:43
Siyasət
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
-
3 fevral, bazar ertəsi günü səhər saatlarında Rusiyanın Astraxan və Volqoqrad bölgələrindəki kritik enerji obyektlərinə görünməmiş pilotsuz uçuş aparatları hücumları olub, yerli rəsmilər bildirib. Astraxanın qubernatoru İqor Babuşkin bölgəsində yanacaq və enerji kompleksinin quraşdırmalarına edilmiş hücum cəhdlərini bildirərək hücumu Ukrayna silahlı qüvvələrinə aid edib. Lakin pilotsuz uçuş aparatlarının sayı və ya onların məhv edilməsi ilə bağlı xüsusi məlumatlar açıqlanmayıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
Rəy yaz