AccessBank ötən il 472 sahibkara dəstək olub
Bakı. 02.02.2022. AccessBank Sahibkarlığın İnkişaf Fondu (SİF) ilə 2021-ci ildə sıx əməkdaşlıq etmiş kredit təşkilatları arasında ilk üçlükdə yer alır. Fond ötən il ümumilikdə 44 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edib.
AccessBank-ın Sahibkarlığın İnkişaf Fondu ilə birgə əməkdaşlığının nəticəsi olaraq, Bank 2021-ci ildə ümumilikdə 472 layihənin maliyyələşdirilməsinə dəstək verib. Bunlardan ümumi məbləği 7 milyon manat olan 324 layihə güzəştli kreditləri əhatə edib. Kredit tələbatı 22,5 milyon manat olan 148 layihəyə isə SİF-in dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində 10,1 milyon manat dövlət zəmanəti verilib.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.®
-
- Cəmiyyət
- 2 Fevral 2022 15:06
Maliyyə
-
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydasını dəyişib. Qurum bu qaydanı 18 oktyabr 2023-cü ildə təsdiqləmişdi.
-
2024-cü ildə Azərbaycanda ehtiyat fondlarından 716,8 milyon manat vəsait ayrılıb.
-
Hesablama Palatası "Bakı Metropoliteni"ndə kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.
-
Dünya Bankı Qrupunun Direktorlar Şurası Azərbaycanla olan tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) təsdiq edib.
Rəy yaz