Niyaməddin Əhmədov
Bakı Apellyasiya Məhkəməsində Niyaməddin Əhmədovun işinə baxılır
Bakı/02.02.22/Turan: Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə ilkin iclas keçirilib.
Bugünki məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Ailə üzvləri isə prosesdə iştirak ediblər.
Prosesdən sonra Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, bugünki prosesdə o və müdafiə elədiyi şəxs baş verən pozuntuları məhkəmənin diqqətinə çatdırıb.
"Niyaməddin də çıxış elədi. Məruz qaldığı pozuntuları, işgəncələri səsləndirdi", deyə vəkil bildirib.
Prosesdə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov də jurnalistlərə bildirib ki, dövlət ittihamçısı qərarın qüvvədə qalmasını istəyb.
Bugünki məhkəmə prosesində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də iştirak edib.
"Niyaməddin Əhmədov mənim ictimai əsaslarla mühafizəçim olub. 2019-cu il 19 oktyabr mitinqində Tofiq bəylə bərabər sona qədər ləyaqətlə məni müdafiə eləməyə çalışıb. Ona görə də hökümətin qəzəbinə gəlib. İndi bütün vasitələrlə çalışırlar ki, haqq söz az eşidilsin. Bütün dava ondan ötrüdür. Bu gün Niyaməddin Əhmədov atasının da, mənim də iştirakım ilə bütün detalları ilə danışdı. Dəhşətə gəldik. Həddən artıq ağır işgəncələrə məruz qalıb. Dəfələrlə işgəncələr altında özündən gedib".
Mahiyyəti üzrə məhkəmə prosesi martın 2-nə təyin edilib.
Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edilib. Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib.
AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar. -16D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz