Açiq mənbələrdən foto.
Ermənilərin Laçın dəhlizinin yeni marşrutu haqqında məlumatı
Bakı/02.02.22/Turan: Fevralın 1-də ermənilərə məxsus teleqram kanallarında Laçın dəhlizinin yeni marşrutu haqqında maraqlı məlumat yayılıb. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ermənilərin tezliklə Laçın şəhərini tərk etməli olması ilə bağlıdır.
Bu, o deməkdir ki, onlar artıq dəhlizin şəhərdən keçən bu hissəsindən istifadə edə bilməyəcəklər.
Qarabağı Ermənistanla birləşdirəcək yeni yol-dəhliz Kərkicahandan (Xankəndi ətrafında) Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçməklə çəkiləcək.
Daha sonra yol Laçın şəhərindən yan keçməklə, Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçəcək və Ermənistanın Kornidzor qəsəbəsinə çıxacaq.
Qarabağdakı erməni mənbələri bunun ermənilərin tezliklə Laçını tərk etməsi ilə bağlı olduğunu təsdiq edirlər.
Xəritəyə baxdıqda yolun iki yeni hissəsinin tikiləcəyi görünür. Amma hazırki yolun təqribən yarısından da istifadə olunacaq. Əgər belədirsə, bu hissələrdə ermənilər və azərbaycanlılar üz-üzə gələcək. İstənilən halda, ermənilər üçün yol uzanacaq.
Bundan başqa, Laçın yaxınlığında yeni və köhnə yollar kəsişməli olacaq. -02B-
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz