Azərbaycanı “Eurovision-2020” manhı müsabiqəsində Samirə Əfəndi təmsil edəcək
Bakı/28.02.20/Turan: Bu ilin mayında Azərbaycanı Rotterdamda “Eurovision-2020” manhı müsabiqəsində Samirə Əfəndi təmsil edəcək.
O, qapalı kastinqdə 5 iddiaçının arasından seçilib. Bu barədə fevralın 28-də Azərbaycan İctimai Televiziyası (İTV) məlumat yayıb.
Digər namizədlər: Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulovdur.
S.Əfəndi səsvermə ekspertlər tərəfindən seçilib. İfaçı “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) yarışmalarında güclü vokalları ilə tanınır.
2017-ci ildə S.Əfəndi Almatıda keçirilən “Silk Way Star” yarışmasında 3-cü yeri qazanıb. 2019-cu ildə beynəlxalq “Voice of Nur-Sultan” müsabiqəsində iştirak edib.
“Eurovision -2020" müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da olacaq. Azərbaycan təmsilçisi “Eurovision -2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.06D-
-
- İqtisadiyyat
- 28 Fevral 2020 14:08
-
- Cəmiyyət
- 28 Fevral 2020 14:39
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz