AXCP-nin qadın fəalları DİN-in qarşısında etiraz aksiyası keçiriblər
Bakı/28.02.20/Turan: Xalq Cəbhəsi Partiyasının iyirmiyə yaxın qadın fəalı cümə günü günorta DİN-in binası qarşısında aksiya keçirib. Onlar AXCP sədrinin müavini, ötən gün 10 sutkalığa həbs olunmuş Mamməd İbrahimin sərbəst buraxılmasını tələb ediblər.
Bir neçə dəqiqədən sonra polis dəstələri qadınları DİN-dən uzaqlaşdırıb, lakin aksiya dayandırılmayıb. Qadınlar küçədə yürüş edərək “Məmməd İbrahimə azadlıq!” “İstefa!” şüarlarını səsləndiriblər.
Polis iştirakçılara güc tətbiq edib, ancaq onları susdura bilməyib. İki qadın üzündən zərbə alıb, ancaq susmayıb. Polis üzərində həbs olunmuş şəxsin təsviri olan plakatları alıb cırıb.
Qadınlar “hakimiyyətə təhqirlərə” son qoyulması barədə tələblərə əməl etməyiblər və “İstefa!”, “Rədd ol!” şüarlarını səsləndirməkdə davam ediblər.
Aksiya ümumilikdə yarım saat davam edib. Saxlanılanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, Məmməd İbrahim fevralın 26-da böyrək ağrısı ilə həkimə gedərkən saxlanılıb. Polis onun avtomobilini buraxmayıb və bu, polislə münaqişəyə səbəb olub. -02D-
-
- Mədəniyyət
- 28 Fevral 2020 14:11
-
- Cəmiyyət
- 28 Fevral 2020 15:00
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz