
Bakı/28.02.20/Turan: Fevralın 28-də Azərbaycan hökuməti yanında operativ qərargah ilk koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.
Qərargahın məlumatına görə, virusa yoluxan şəxs Rusiya vətəndaşıdır. İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub və onu xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdiriblər. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda xəstənin vəziyyəti stabildir. Onun adı açıqlanmır. Xəstənin yerləşdiyi klinikada virusun yayılmasının qarşısının alınması və müalicə üçün bütün lazımi avadanlıq və həkimlər var.
Virusun yayılmasının qarşısının alınması və xəstənin əlaqə saxladığı şəxslərin yoxlanması üçün tədbirlər başlayıb, məlumatda deyilir. Xəstənin hansı klinikada olduğu açıqlanmır.-02D-
Rəy yaz