- Mədəniyyət
- 27 Mart 2018, 12:02
- 119
Əbülfəz Qarayev: �İşğal olunmuş ərazilərdə Azəbaycan abidələri dağıdılır�
Bakı/27.03.18/Turan: "İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi memarlıq abidələri, bizim mirasımız müflisləşərək qalır". Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev martın 26-da Quba rayonunda İkigümbəzli hamamın bərpadan sonra açılşı zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ və onun ətrafında işğalda olan rayonlarda gedən proseslər abidələrin qorunmasına, bərpasına, mühafizəsinə imkan vermir.
"İşğalçı qonşularımız bu məkanları dağıdır, özününküləşdirir, onların tarixini dəyişdirir və biz, təəssüflər olsun ki, bu gün ciddi hərəkətə keçə bilmirik. Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra bu işlərlə ciddi məşğul olacağıq. Buna baxmayaraq, bu məsələləri beynəlxalq ictimaiyyət qarşısında qaldırırıq. Faktaraşdırıcı missiyaların gəlməsini arzulayırıq. Bununla bağlı dəfələrlə müraciət etmişik. İşğalçı siyasət həyata keçirən Ermənistan tərəfindən bu missiyaların həyata keçirilməsi üçün əngəllər törədilir", deyə nazir qeyd edib.
Bununla yanaşı, nazir erməni tərəfinin nəzarətində olan Azərbaycan ərazilərində nə qədər abidənin tam və qismən dağıdıldığını deməyib.
Öz növbəsində, Ermənistan tərəfi hələ Azərbaycanın mədəniyyət və turizm nazirinin dediklərinə münasibət bildirməyib. -03B-
-
- İqtisadiyyat
- 27 Mart 2018 12:05
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz