Kazanda �Azərbaycan tatarları� monoqrafiyası nəşr edilib
BakıБаку/26.12.18/Turan: 2019-cu ildə əhalinin siyahıya alınmasına görə, Azərbaycanda tatarların sayı 25.900 nəfərdir
Tatarıstanın paytaxtı Kazan şəhərində Mərcani adına Tarix İnstitutunun nəşriyyatında azərbaycanlı alim, tarix elmləri doktoru Sevinc Əliyevanın "Azərbaycanda tatarlar" adlı monoqrafiyası nəşr edilib. Yeni kitabın təqdimatı 2018-ci il dekabrın 7-də Maksudi qardaşlarının elmi irsinə və ictimai fəaliyyətinə həsr olunmuş beynəlxalq elmi konfransda keçirilib.
Bu, Azərbaycana tatar əhalinin gəlişi, məksunlaşması, əhəmiyyəti, dövlətin tarixində və müasir həyatında tatarların iştirakı ilə bağlı ilk elmi araşdırmadır.
S.Əliyeva Turan ilə söhbətində bildirib ki, 1999-cu idə əhalinin siyahıya alınmasına görə, Azərbaycanda 30010 tatar və ya əhalinin 0.4%-i yaşayıb. Həmin dövrün məlumatına görə, tatarların sayı 25900 nəfər və ya 0.3% təşkil edib. Hazırda tatarlar əsasən Bakıda yaşayırlar. Onlar öz doğma dillərini saxlamaqla yanaşı Azərbaycan və rus dillərində sərbəst danışırlar, Azərbaycanın sosial-mədəni həyatına inteqrasiya olunublar.
Bakıda Tatarıstan Respublikasının nümayəndəliyi, "Yaşlek" Tatar Gənclər Mərkəzi fəaliyyət göstərir. Hər il "Sabantuy" milli bayramı keçirilir. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Tatarıstan arasında xarici ticarət dövriyyəsi 30 798,6 min ABŞ dolları təşkil edib ki, bunun da 68%-ni Azərbaycana idxal təşkil edib.
Kitabda milliyyətcə tatar olan görkəmli Azərbaycan vətəndaşları haqda məlumatlar verilir.
Rusiyayaqədərki dövrdə tatarların Azərbayana ilk gəlişi XVI əsrdə Krım xanlığı dövrünə təsadüf edir.
1722-1723-cü illərdə I Pyotrun Xəzəryanı yürüşündən sonra Rusiya hakimiyyəti imperiyanın türk xalqlarının gücü ilə möhkəmləndirmə qurğularının qurulmasına, Xəzərdə gəmidüzəltmə işlərinə başladı. Tikinti işlərinə Bakıda və onun ətrafında məskunlaşmış Povoljye və Kazan tatarları, çuvaşlar, çeremislər cəlb edildi.
1733-cü ildə Krım sultanı Feti Girey və Kabaçi paşa Krım tatarları, Kuban noqayları, çərkəzlər və digərlərindən ibarət qoşunlara rəhbərlik edirdi. Qoşunlar Dərbənddən keçərək Rusiya ordusu ilə döyüşərək Şirvana gəlib çatmışdılar.
Əsasən Rusiya və sovet dönəmində Azərbaycanda daha çox tatar əhali məskunlaşıb.
S.Əliyevanın monoqrafiyasında repressiyaya məruz qalmış tatarların Azərbaycanda yaşama tarixindən, Azərbaycan Respublikasının müstəqilliyinin əldə edilməsində tatar nümayəndələrin iştirakından, müharibə və dinc həyatda tatarların iştirakından bəhs olunur.
"Kitab geniş oxucu kütləsi, alimlər, ictimaiyyət və elmi təşkilatların nümayəndələri üçün nəzərdə tutulub, millətlərarası münasibətlərin möhkəmləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşmasının yaradılmasına xidmət edir", - Kazan nəşriyyatı tərəfindən tərtib edilən annotasiyada deyilir.-0--
-
- Sual-cavab
- 26 Dekabr 2018 16:16
-
- Cəmiyyət
- 26 Dekabr 2018 16:58
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz