Londonda Cəmil Həsənlinin növbəti kitabı nəşr edilib
Bakı/05.03.19/Turan: Londonda tanınmış azərbaycanlı tarixçi, professor Cəmil Həsənlinin "Azərbaycanda liderlik və millətçilik" kitabı nəşr edilib.
Kitab Azərbaycan tarixində müstəsna rolu olan, müstəqil Azərbaycan dövlətinin ilk rəhbəri, ondan əvvəl isə Rusiya Dövlət Dumasında müsəlman fraksiyasına rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun taleyinə həsr olunub.
Kitabda ilk müstəqil Azərbaycan dövlətinin liderlərinin taleyindən bəhs edilir. Materiallar Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya arxivlərindən toplanıb.
Monoqrafiyada Birinci Dünya Müharibəsi dövründə və sonra geosiyasi proseslər, Rusiya imperiyasının süqutu prosesi təhlil edilir.
Kitab 20 -ci əsrin əvvəlində Qafqaz regionu, Rusiya və Azərbaycan tarixini, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və süqutunun səbəblərini öyrənənlər üçün nəzərdə tutulub.-02D-
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz