Rəssamlar yetimlərə kömək üçün xeyriyyə sərgisi keçirəcəklər
Bakı/16.10.19/Turan: Azərbaycan rəssamı Milena Nağıyeva ölkədə 40-a yaxın həmkarı ilə dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəylik Günündə xeyriyyə rəsm sərgisi keçirilməsi barədə razılıq əldə edib. Əsərlərin satışından əldə edilmiş pul Azərbaycandakı uşaq evlərinin hesablarına köçürüləcək, bu barədə Turan-a rəssam, aksiya iştirakçısı Rəfail Əliyev bildirib.
Xeyriyyə sərgisinin Müasir İncəsənət Muzeyində keçirilməsi planlaşdırılır. Sərgidə iştirak etməyə razılaşan rəssamlar arasında gənc, yeni başlayan rəssamlar, habelə ustad xalq rəssamları var. Hər bir rəssam bir mövzu ilə birləşdirilməyən müxtəlif formatlarda bir-iki əsərini təqdim edəcək. Əsərlərin dəyəri 700 manatdan 1000 manata qədər olacaq.
İncəsənət xadimləri bu aksiya ilə əhalini gündəlik problemlərdən ayıraraq, yetimlərə ümumi qayğı zərurətini xatırlatmağa ümid edirlər, deyə R.Əliyev qeyd edib.
Xeyriyyə sərgisində Altay Sadıxzadə, Məmməd Mustafayev, Səlhəb Məmmədov, Məlik Ağamalov, Zakir Əhmədov, Yavər Sultanov, Eldar Qurbanov, Əli Şəmsi, Rəşad Mehdiyev, Rəfael Əliyev, Rəşad Babayev, Arif Hüseynov, Səbinə Şıxlinskaya, Nigar Nərimanbəyova, Mir Azər Abdullayev, Vüqar Muradov, Azad Əliyev, Anar Hüseynzadə, Elyar Əlimirzəyev, Sübhan Məmmədov, Cəlal Ağayev, Müseyib Əmirov, Yelena Haqverdiyeva, İnna Kostina, Tamilla Həsənova, Aytən Rzaquliyeva, Elnur Babayev, Anar Yolçuyev, Emin Əsgərov, İntiqam Ağayev, Rəhim Həşimov, Mətin Şərifov, Ülvi Yadigarlı, Mahmud Rüstəmov və başqaları iştirak edəcəklər, bu barədə M.Nağıyeva öz FB səhifəsində bildirib. -0-
-
- Cəmiyyət
- 16 Oktyabr 2019 12:05
-
- Böyük Şərq
- 16 Oktyabr 2019 12:54
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Rəy yaz